ABŞ-ın maliyyə naziri və Çinin Baş nazirinin müavini görüşəcəklər
ABŞ-ın maliyyə naziri Janet Yellen və Çinin Baş nazirinin müavini Liu Hi bu həftə görüşəcəklər. SİA xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi və Çinin Ticarət Nazirliyinin yaydıqları məlumatda görüşün İsveçrənin Sürix şəhərində baş tutacağı bildirilib.
Vaşinqtondan verilən açıqlamada qeyd olunub ki, Yellen və Liu makroiqtisadi inkişaf və digər iqtisadi məsələlər, eləcə də ABŞ və Çin arasında əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Çinin Ticarət Nazirliyi də görüşün iki ölkə arasında makroiqtisadi və maliyyə məsələləri üzrə koordinasiyanı gücləndirəcəyini açıqlayıb.
Görüşdə qarşılıqlı gömrük tariflərindən irəli gələn məsələlərin müzakirə olunub-olunmayacağı barədə məlumat paylaşılmayıb.
Bu, ABŞ maliyyə naziri Yellenin 2020-ci ildə vəzifəyə gəldikdən sonra Liu ilə ilk təkbətək görüşü olacaq. Onlar bundan əvvəl üç dəfə onlayn görüşüblər.
2022-ci ilin iyulunda keçirilən son onlayn görüşdə Çin tərəfi gömrük tariflərinin və Çin şirkətlərinə qarşı sanksiyaların artmasından narahatlığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB