Rusiya ordusuna məxsus Su-25 qırıcısı məhv edilib

Rusiya ordusuna məxsus Su-25 qırıcısı məhv edilib

Rusiya ordusuna məxsus Su-25 qırıcısı məhv edilib. SİA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qırıcı şiddətli döyüşlərin getdiyi Soledar şəhəri yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən vurulub.

Qeyd edək ki, açıq mənbələrdə olan məlumata görə, Ukraynadakı müharibənin başlanğıcından bu yana Rusiyaya məxsus 30-a yaxın Su-25 qırıcısı məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə