Çinin əhalisi 2022-ci ildə əvvəllki illərlə müqayisədə 850 min nəfər azalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Çin Milli Statistika Bürosu məlumat yayıb.
Həmçinin, 1961-ci ildən bəri ilk dəfə Çin əhalisinin azaldığı müşahidə edilib.
Bildirilib ki, ölkədə 2021-ci ildə 7,52 olan doğum səviyyəsi 2022-ci ildə 6,77-yə enib. Əvvəlki il 7,18 olan ölüm nisbəti isə 2022-ci ildə 7,37-yə yüksələrək 1976-cı ildən bəri qeydə alınan ən yüksək ölüm nisbəti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB