Ukrayna kəşfiyyatı Rusiyadan böyük məğlubiyyət aldı?

Ukrayna kəşfiyyatı Rusiyadan böyük məğlubiyyət aldı?

Ukrayna kəşfiyyatı Rusiyadan böyük məğlubiyyət alıb?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin YouTube kanalında bildirib.

Soskinin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ölkənin strateji obyektlərinə raket zərbələrinin hazırlanması ilə bağlı heç bir məlumat verməyib. Keçmiş müşavir qeyd edib ki, onların raket zərbəsi hazırlandığından, sakitcə Kiyevə, Lvova, Lutska, Jitomirə, Rivnaya çatacaqları barədə Ukraynada heç nə bilmirdilər.

Bununla yanaşı, Soskin qeyd edib ki, hakimiyyət bütün gücü ilə ukraynalıların diqqətini Kiyevə, Kiyev vilayətinə və kritik enerji obyektlərinə hücumlardan yayındırmağa çalışır.

Xatırladaq ki, Kreml Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı yaşayış binalarına və sosial infrastruktur obyektlərinə zərbələr endirməyəcəyinə zəmanət vermişdi, əslində elə indi də verir, amma...

Rusiya prezidenti Vladimir Putin isə bir müddət bundan əvvəl ölkəsinin Ukraynanı bir dövlət kimi dağıtmaq vəzifəsini qarşısına qoymadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə