Ukrayna Ali Radası Belarusla diplomatik münasibətləri kəsmək təşəbbüsü ilə çıxış edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir petisiya yanvarın 17-də Ukrayna prezidentinin saytında deputat Aleksiy Qonçarenko tərəfindən yerləşdirilib.
Qeyd edək ki, Qonçarenko müraciətini Belarus ərazisində minlərlə rus əsgərinin, eləcə də Rusiya Federasiyasının hərbi texnika və təyyarələrinin.olması ilə əsaslandırıb.
Bundan əlavə, deputat Belarusda Rusiyanın iştirakı ilə daimi təlimlərin keçirildiyini də diqqətə çatdırıb.
Qonçarenkonun sözlərinə görə, hələ də Belarus ərazisindən hücum təhlükəsi var.
Xatırladaq ki, belarus tərəfi də Ukrayna səfirinin hələ də Minskdə olduğuna diqqət çəkib.
Yeri gəlmişkən, Pentaqon Belarusdan Ukraynaya hücuma hazırlıq əlaməti görmür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB