Almaniya şirkəti Rusiyanı birdəfəlik tərk edəcək

Almaniya şirkəti Rusiyanı birdəfəlik tərk edəcək

Avropanın ən böyük özəl alman neft-qaz şirkəti “Wintershall Dea” Rusiyadakı layihələrdən tamamilə çıxmaq niyyətini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə holdinqin saytında yerləşdirilən məlumatda deyilir.

“Wintershall Dea”nın Müşahidə Şurası şuranın Rusiyadan çıxma qərarını prinsipcə təsdiqlədiyib”.

Bu həmən mətndə deyilir.

Maraqlıdır ki, mesajda bundan sonra Rusiyada fəaliyyətin davam etdirilməsinin yersiz olduğu bildirilir. Şirkətin rəhbəri Mario Meren Rusiya Federasiyasında qəbul edilmiş məhdudiyyətlərə görə Rusiyanı müştərək müəssisələrin iqtisadi ekspropriasiyasında ittiham edib.

Xaırladaq ki, dekabrın 22-də Vladimir Putin “Qazprom”a 2023-cü il oktyabrın 1-dək “dost olmayan” ölkələrdən – Avstriyanın “OMV” və Almaniyanın “Wintershall Dea” şirkətlərindən qaz və xidmətlər almasını qadağan edən fərman imzalayıb.

Burada söhbət təbii qazın, qaz kondensatının tədarükü və “Yujno-Russkoye” , “Urenqoyskoye” və “Açimov” yataqlarında hasilatla bağlı xidmətlərin ödənilməsindən gedir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə