Əgər danışıqlar bir sıra baza, universal prinsiplərə əsaslanırsa, bu halda Kiyev Rusiya ilə danışıqlar variantını nəzərdən keçirməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü, yanvarın 17-də Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
O, həmçinin, Rusiya tərəfinin hazırda “real danışıqlar” deyil, yalnız Ukraynanın müəyyən edilmiş ultimatumlara razılığını istədiyini əlavə edib.
“Biz kürəyi kürək çağırmalıyıq” deyən Nikiforova görə, Rusiyanın indi danışıqlar dediyi danışıqlar deyil, onlar bizi gəlib ultimatum imzalamağa dəvət edirlər.
Kiyevin irəli sürdüyü “prinsiplər” arasında Nikiforov BMT Nizamnaməsinə, Ukrayna dövlətinin ərazi bütövlüyü və suverenliyinə hörmət, qanunun aliliyi prinsipini; zərərə görə kompensasiya, eləcə də bunun bir daha baş verməyəcəyinə zəmanət verməli olduqlarını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB