Kissincer Ukraynanın NATO-ya daxil olması ilə bağlı fikrini dəyişib

Kissincer Ukraynanın NATO-ya daxil olması ilə bağlı fikrini dəyişib

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer, Ukraynanın NATO-ya daxil olmasını münaqişənin haqlı nəticəsi olacağını bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Kissincer onu da qeyd edib ki, o, əvvəllər Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb, çünki, onun etirafına görə, o mümkün nəticələrdən qorxurmuş.

Lakin indi onun sözlərinə görə, bu nəticələr artıq gəlib çatıb. “Amma indi bu proseslər indiki səviyyəyə çatdığından, belə şəraitdə neytral Ukrayna ideyası artıq mənasızdır”.

Bundan əlavə, keçmiş dövlət katibi hesab edir ki, Kiyevin alyansa qəbulu əsaslı olması üçün NATO Ukraynaya zəmanət verməlidir.

Xatırladaq ki, yanvarın 8-də Kissincer , Ukraynanın neytral statusunu münaqişənin həlli yolu hesab etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə