Rusiya Avropa Şurası ilə müqavilələri ləğv edir

Rusiya Avropa Şurası ilə müqavilələri ləğv edir

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə bağlı Avropa Şurasının müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsi təqdim edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məlumat Dumanın elektron məlumat bazasında yerləşdirilib.

Məlumatın çərşənbə axşamı, yanvarın 17-də daxil olduğu bildirilir. Qeyd edək ki, layihə artıq qeydə alınaraq Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə göndərilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya hökuməti dövlət başçısına Moskva ilə bağlı Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsini təklif etmişdi.

Bundan əlavə, 2022-ci il sentyabrın 16-da Rusiya İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasından çıxıb. Ölkə konvensiyadan çıxdıqdan sonra Avropa İnsan Haqları Məhkəməsi Rusiya Federasiyasına qarşı bütün şikayətlərə baxılmasını dayandırdığını da elan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə