Somalidə döyüş zamanı 20-dən çox silahlı öldürülüb

Somalidə döyüş zamanı 20-dən çox silahlı öldürülüb

Somalidə hökumət qüvvələri çərşənbə axşamı günü ölkənin cənubundakı ordu bazasına hücum edən 21 “Əş-Şəbab” silahlısını öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Garowe informasiya portalı Somali Müdafiə Qüvvələrinin rəisinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, döyüşlərin gedişində hökumət qüvvələri 5 əsgərini itirib.

Hücum ordu bazasının qapılarında bomba yüklü üç avtomobilin partladılması ilə başlayıb. Ölənlər arasında briqada komandirinin də olduğu bildirilir.

Bu arada Livanın “Al Mayadeen” telekanalı 20 Somali əsgərinin həlak olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə