Fahrettin Altun beynəlxalq media qurumlarına çağırış edib

Türkiyə adından düzgün istifadə edin!
Fahrettin Altun beynəlxalq media qurumlarına çağırış edib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun beynəlxalq media qurumlarını Türkiyə adını düzgün istifadə etməyə çağırıb.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, Fahrettin Altun paytaxt Ankarada keçirilən "Türkiyə kitabı" tanıtım və "Türkiyənin yeni əsrində Türkiyə" proqramında iştirak edib.

Altun Türkiyənin dünyanın heyrətləndiyi və hər sahədə maraq göstərdiyi bir cazibə mərkəzinə çevrildiyini bildirib.

"Türkiyə kitabı"nın son dərəcə əhatəli məlumatları ehtiva edən əhəmiyyətli əsər olduğunu vurğulayan Altun deyib:

"Bu, Türkiyənin marka dəyərinə töhfə verəcəyinə inandığımız bir araşdırmadır. Kitab Türkiyəyə qarşı dezinformasiya və sistematik qarayaxma kampaniyaları ilə mübarizədə də son dərəcə əhəmiyyətli istinad mənbəyi olacaq.

Beynəlxalq media qurumlarını Türkiyə adının düzgün istifadəsinə çağıran F.Altun Türkiyə markasının daha da gücləndirilməsinin ən mühüm hədəf olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə