"NATO-nu Türkiyəsiz təsəvvür etmək qeyri-mümkündür"

Milli müdafiə naziri Hulusi Akar İngiltərənin aparıcı qəzetlərindən olan "Financial Times"a müsahibə verib.
"NATO-nu Türkiyəsiz təsəvvür etmək qeyri-mümkündür"

"NATO-nu Türkiyəsiz təsəvvür etmək qeyri-mümkündür".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu milli müdafiə naziri Hulusi Akar İngiltərənin aparıcı qəzetlərindən olan "Financial Times"a müsahibəsində deyib.

H.Akar Türkiyenin NATO-dakı mövqeyinə toxunaraq, “NATO-nu Türkiyeəsiz təsəvvür etmək qeyri-mümkündür. 70 ildir sınanmış millət, sınanmış orduyuq. Bu günə kimi öhdəliklərimizə və bu ittifaqlara zidd heç bir vəziyyətdə olmamışıq və olmayacaq da” deyib.

NATO-nun genişlənməsinin əleyhinə olmadıqlarını, İsveç və Finlandiyanın üzvlük istəklərini başa düşdüklərini, lakin Türkiyenin təhlükəsizlik narahatlıqlarını anlamalarını istədiklərini ifadə edən Akar sözügedən iki ölkəni öhdəliklərini yerinə yetirməyə çağırıb.

Milli müdafiə naziri Akar Ukraynada müharibənin davam etdiyi bir vaxtda Türkiyənin alyansa töhfələrinin daha çox əhəmiyyət kəsb etdiyini, Türkiyə Silahlı Qüvvələrinin gücünün NATO-nun gücü demək olacağını qeyd edib.

Türkiyenin həm Ukrayna, həm də Rusiya ilə danışıqlar apara bilən yeganə ölkə olduğunu bildirən Akar iki ölkə arasında dərhal atəşkəsə çağırıb, taxıl danışıqları zamanı Rusiya və Ukrayna ilə apardıqları danışıqların sülh danışıqları üçün də model ola biləcəyini vurğulayıb.

Hulusi Akar Suriyada mümkün quru əməliyyatı ilə bağlı deyib ki, ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyi üçün lazım olan əməliyyatları həyata keçirmişik və lazım gəldikdə yenidən həyata keçirərik.

Türkiyənin cənubunda terror dəhlizinin yaradılmasına icazə verməyəcəklərini vurğulayan milli müdafiə naziri ABŞ-ın Suriyadakı terror təşkilatı PKK-nın qolu YPG ilə əməkdaşlığa son qoyması çağırışını təkrarlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə