Bu gün Rumıniyaya üç AWACS havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onların vəzifəsi Rusiya hərbi aviasiyasına nəzarət etməkdir.
Qeyd edək ki, NATO təyyarələrinin Buxarest yaxınlığında yerləşən Otopeni aviabazasında yerləşdiriləcəyi bildirilir.
Alyansın sözçüsü Oana Lunqeskunun sözlərinə görə, AWACS təyyarələri yüzlərlə kilometr uzaqdan aşkarlaya bilir və bu, onları NATO üçün əsas çəkindirici və müdafiə vasitəsinə çevirir.
Onu da qeyd edək ki, AWACS missiya müddətində Almaniyanın Qeylenkirxendəki aviabazada yerləşdirilib.
Yeri gəlmişkən NATO-nun etirafına görə, 2022-ci ilin fevralından başlayaraq bu tipli təyyarələr Şərqi Avropa və Baltik dənizi regionunda müntəzəm olaraq patrulluq edirlər. Belə ki, bu təyyarələr alyansın sərhədləri yaxınlığında rus pilotlarının hərəkətlərini izləyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB