Ukraynaya dəstək Avropa İttifaqı ölkələri üçün prioritet məsələdir, ona görə də təşkilatın üzvləri Ukrayna iqtisadiyyatını bərpa etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını müzakirə etməlidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İsveçin Baş naziri Ulf Kristerrson bu təkliflə çıxış edib.
“Bizim aşkar başlanğıc nöqtəmiz - hamı üçün prioritet – Ukraynadır”.
Qeyd edək ki, isveçli nazir bunu Avropa Parlamentinin sessiyası zamanı deyib. Kristerrson onu da vurğulayıb ki, Kiyevin gələcəyini Avropa İttifaqı ilə bağlamağa kömək etmək üçün mümkün olan hər şey edilməlidir.
Kristerrson, İsveçə həvalə edilmiş Avropa İttifaqı Şurasına sədrlik vəzifəsinin Kiyevə siyasi, iqtisadi, humanitar və hərbi dəstəyi saxlamaqdan ibarət olduğunu bildirib.
Ukraynanın yenidən qurulması Amerikanın İkinci Dünya Müharibəsindən sonra Avropanı bərpa etmək üçün hazırladığı Marşal Planını xatırladır, ona görə də Rusiyanın dondurulmuş aktivləri həll yolu ola bilər.
“Mən demokratik dünyanın bu pulu məhv edilmiş ərazilərin bir hissəsini bərpa etmək üçün istifadə etmək üçün necə bir araya gələ biləcəyinin çox dərin təhlilini gözləyirəm”.
Bunu da İsveçin Baş naziri Ulf Kristerrson bildirib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Estoniya yanvarın sonuna kimi Rusiya aktivlərinin müsadirəsi üçün qanuni plan təqdim etməyə hazırlayacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB