Almaniyanın yeni müdafiə naziri Boris Pistorius oldu

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius oldu

2013-cü ildən etibarən Almaniyanın Aşağı Saksoniya əyalətinin daxili işlər naziri vəzifəsini icra edən Boris Pistorius ölkənin yeni müdafiə naziri olub.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniyanın Sosial-Demokrat Partiyasının 62 yaşlı nümayəndəsi Boris Pistorius bu vəzifəyə 10 ildən sonra təyin olunmuş ilk kişidir.

Xatırladaq ki, ölkənin keçmiş müdafiə naziri Kristina Lambrext haqqında yayılan qalmaqallara görə istefa vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə