Əfqanıstanda 45 nəfər donaraq ölüb

Əfqanıstanda 45 nəfər donaraq ölüb

Əfqanıstanın qərbində yerləşən Herat vilayətində qış mövsümü başlayandan bəri küçələrdə yaşayan 45 narkoman donaraq ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Herat Polis Departamentinin Narkotiklərlə Mübarizə Şöbəsinin direktoru Hayatullah Ruhani "Soyuq havalar başlayandan 45 narkoman həyatını itirib. Narkomanların toplanması prosesinə başlamışıq" deyib.

Küçələrdə müxtəlif əyalətlərdən gələn və Heratda yaşayan narkomanların olduğunu bildirən Ruhani son günlər təxminən 3500 narkomanın reabilitasiya mərkəzlərinə göndərildiyini qeyd edib.

Herat vilayətində əksəriyyəti küçələrdə yaşayan təxminən 70.000 narkomanın olduğu təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə