Markl haqqında yazılan köşə ictimaiyyət arasında qəzəblə qarşılanıb
Böyük Britaniyada “The Sun” qəzetinin Meqan Markl haqqında yazdığı köşə ictimaiyyət arasında qəzəblə qarşılanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Ceremi Klarkson məqalədə Meqanın Britaniyanın hər şəhərinin küçələrində çılpaq gəzməyə məcbur edilməsini xəyal etdiyini, onu nəcis parçalarının içinə atılmasını istədiyini bildirib.
Nəşr İngiltərədəki internet istifadəçilərinin, jurnalistlərin və ictimai xadimlərin qıcığına səbəb olub və “The Sun” köşə yazısını silib. Ceremi Şahzadə Harriyə üzrxahlıq məktubu göndərsə də, qarşı tərəf bunu qəbul etməyib.
Üstəlik, Şahzadə Harri israr edir ki, jurnalist xanımı Meqandan şəxsi üzr istəməlidir. Klarkson isə daha sonra yeni ictimai üzrxahlıq elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB