Partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. SİA xarici mətbuata xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə yanvarın 14-də baş verib. Bundan öncə hərbi hissədə tağım komandirinin əl qumbarasını partlatması nəticəsində 3 hərbçi həlak olmuş, 15 nəfər xəsarət almış, 8 hərbçi itkin düşmüş sayılırdı.

Bu günə olan məlumata görə, hadisə zamanı ölənlərin sayı 7 nəfərə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə