MHP sədri müxalifətə çağırış edib

MHP sədri müxalifətə çağırış edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, iqtidarın "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi Dövlət Bağçalı seçkilərlə bağlı müxalifətə çağırış edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağçalı bu barədə partiyasının parlament fraksiyasının toplantısında danışıb.

"Millət iradəsindən yayınmağın heç kimə yararı toxunmayacaq. Gəlin, uzlaşaq. Seçki işini mayda bitirək. Ölkəni hamılıqla seçkilərə aparaq", - deyə MHP sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə