Zaxarovadan britaniyalı nazirə xəbərdarlıq

Zaxarova xəbərdarlıq edib ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri neonasizmi dəstəklədiyinə görə cavab verməli olacaq
Zaxarovadan britaniyalı nazirə xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bir müddət bundan əvvəl Rusiya sanksiyalarına məruz qalmasından məmnun olduğunu bildirən Britaniya xarici işlər naziri Ceyms Kleverlinin bəyanatlarını şərh edib.

Qeyd olunur ki, daha əvvəl Kleverlin Rusiya hökumətinin sanksiya siyahısına düşməsindən danışaraq, Ukraynanı dəstəkləməyə davam etmək fürsəti üçün belə bir bədəl ödəməyə şad olduğunu vurğulamışdı.

Zaxarova bildirib ki, tanınmış britaniyalı diplomata qarşı şəxsi sanksiyalar anti-Rusiya kursuna görə tətbiq edilib.

Rusiyalı diplomat Kleverlinin “Kiyev rejimini və neonasizmi dəstəklədiyinə görə, ona hələ də cavab verilmədiyini” xatırladıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskini Ukrayna Pravoslav Kilsəsinin 13 keşişini vətəndaşlıqdan məhrum etmək qərarını “satanizm” adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə