Ukraynada ölən dinc sakinlərin sayı AÇIQLANDI

Ukraynada ölən dinc sakinlərin sayı AÇIQLANDI

Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra 7 031 dinc sakin həlak olub, daha 11 327 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Ölənlərdən 2784-ü kişi, 1875-i qadın, 177-i qız və 221-i oğlandır. 35 uşağın və 1939 böyük şəxsin cinsiyyəti müəyyən edilə bilməyib. Qurbanların əksəriyyəti artilleriya və raket hücumları, eləcə də hava zərbələri nəticəsində yaralanıb və ya həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə