"Serbiya ordusuna əlavə 5 min nəfər cəlb olunacaq". SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
A.Vuçiç bu addımın xüsusi təyinatlı bölmələrin gücləndirilməsi məqsədilə atılacağını bildirib: “Xüsusi təyinatlı bölmələri gücləndirmək üçün işlər görürük. Bu çərçivədə 5 min nəfər orduya cəlb olunması üçün elan veriləcək”.
Qarşıdakı dövrdə Serbiyanın yerli pilotsuz uçuş aparatlarının istehsalına diqqəti artıracağını deyən A.Vuçiç müdafiə sənayesini gücləndirmək üçün işlərin görüldüyünü, əsgərlərin əməkhaqqlarının artırılacağını deyib.
O, Ukraynadakı müharibənin Serbiyaya mənfi təsir etdiyini bildirib: “Ödənişini etdiyimiz hərbi texnikaları idxal edə bilmirik. Eyni zamanda, ehtiyat hissələrini də ölkəyə gətirə bilmirik. Buna görə də ordumuzun güclü tərəflərinə diqqəti yönəldəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB