Ukraynanın baş naziri Denis Şmıqal ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, o bu barədə Twitter hesabında məlumat verib.
Beləliklə onun sözlərinə görə, söhbət zamanı Rusiya təcavüzü ilə bağlı əsas çağırışlara toxunulub. Şmıqal qeyd edib ki, görüş iştirakçılarının diqqəti enerjinin bərpası və maliyyə yardımına yönəlib.
Şmıqal həmçinin Kiyevin amerikalı tərəfdaşlarına daimi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edək ki, o, görüşün dəqiq harada keçirildiyini açıqlamayıb.
Ukraynanın energetika naziri German Qaluşenko bir müddət əvvəl ölkənin 5 regionunda enerji infrastrukturu obyektlərinin zədələndiyini bildirmişdi.
Xüsusilə, Xarkov, Lvov, İvano-Frankivsk, Zaporojye, Vinnitsa və Kiyev vilayətlərində obyektlərə zərbələr endirilib. Bundan başqa, Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində enerji infrastrukturunun işi pozulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB