Türkiyə ilə ABŞ arasında F-16 ilə bağlı hərbi səviyyədə danışıqlar başa çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün bildirib.
ABŞ administrasiyası Dövlət Departamenti vasitəsilə danışıqların nəticələri barədə Konqresə qeyri-rəsmi məlumat verib.
Türkiyənin “Anadolu” xəbər agentliyi xəbər verir ki, Çavuşoğlu bunun tamamlanacağını qeyd edib.
Xatırladaq ki, Çavuşoğlu yanvarın 17-18-də ABŞ-a səfər edəcək və orada ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci nazirlər görüşündə iştirak edəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB