Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki balanssızlıq ola bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı fizika-riyaziyyat elmləri doktoru Sergey Şalimov bildirib.
Alimin sözlərinə görə, Yer kürəsində temperaturun dəyişməsi daha əvvəl müşahidə olunduğundan - məsələn, sonuncu buzlaqlararası dövrdə Yer kürəsində temperatur indikindən təxminən iki dərəcə Selsi yüksək olub.
Bundan əlavə, 19-cu əsrin sonundan 1950-ci illərə qədər olan temperatur minlərlə il əvvələ nisbətən ardıcıl daha qısa istiləşmə və soyutma dövrləri ilə fərqlənirdi. Şalimov qeyd edib ki, bu səbəbdən qlobal istiləşmənin yalnız insan müdaxiləsi nəticəsində baş verdiyini söyləmək olmaz.
Rusiyalı alim, insan fəaliyyətinin okeanda və havada karbon qazının tarazlığına təsir göstərə biləcəyini izah etsə də, lakin elm adamlarının bu balansın necə dəyişdiyini, istixana effektinin niyə baş verdiyini və bununla bağlı nə edilə biləcəyini hələ başa düşə bilmədiklərini deyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB