Qəzaya uğrayan təyyarənin ikinci pilotu qadın olub

Qəzaya uğrayan təyyarənin ikinci pilotu qadın olub

Nepalda qəzaya uğrayan sərnişin təyyarəsinin ekipajı ilə bağlı gözlənilməz təfərrüatlar Yeti Hava Yolları tərəfindən “Reuters”ə açıqlanıb.

Qeyd olunur ki, təyyarənin ikinci pilotu Anju Hativada olub. Qadın 17 il əvvəl eyni aviaşirkətin “Twin Otter” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilotun dul arvadı olub. SİA bu barədə rus saytlarına istinad edir.

Uçuş təlimlərini ərinin ölümündən sonra sığortadan aldığı vəsaitlə ödəyib. Anju Hativada 2010-cu ildə Yeti Hava Yollarına qoşulub.

Xatırladaq ki, Yeti Hava Yollarına məxsus təyyarə yanvarın 15-də Poxara şəhərinə yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub. Qəza yerində 70 cəsəd və iki yaralı tapılıb, onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra isə onlar dünyasını dəyişiblər

Qeyd edək ki, qəza qurbanları arasında dörd rusiyalı da olub.

Baş verənlərlə cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə