Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ekspertləri belə qənaətə gəliblər ki, müttəfiqlərin Ukraynaya vəd etdiyi tankların sayı sıçrayış üçün kifayət deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kiyev tədarükün artırılmasını istəməli olacaq.
Xatırladaq ki, London Kiyevə 14 “Chellenger 2”, Polşa isə 14 “Leopard” tankı verəcəyini vəd edib. Lakin iddialara görə, bu texnika Ukrayna ordusunun uğurlu hücumu üçün çox kiçikdir.
Mütəxəssislər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin bir hücumu üçün 100-ə yaxın tank lazımdır, lakin Ukraynanın gələcək yaz üçün hazırlığından, ehtiyat hissələrinin tədarükündən və planlarından da çox şey asılıdır. Eyni zamanda, məhz “Leopard”ın hücumda həlledici rol oynaya biləcəyi göstərilir.
Bu gün bütün NATO ölkələrində cəmi 2300 “Leopard 2” tankının olduğu iddia edilir. Bundan əlavə, daha 300 tankın anbarlarda olduğu deyilir.
Qeyd edək ki, avadanlıqların Ukraynaya ötürülməsi üçün Almaniya kansleri Olaf Şolsun ixraca icazə verməsi lazımdır.
Bundan əlavə Ukrayna silahlı qüvvələri döyüşçülərinə “Leopard 2”ni mənimsəmək üçün üç-altı həftə lazım ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB