Aktyorun meyiti Moskvadakı mənzilində tapılıb

Aktyorun meyiti Moskvadakı mənzilində tapılıb

Moskvada 64 yaşlı aktyor Vladimir İpatovun meyiti tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, aktyorun mumiyalanmış cəsəd aktyorun mənzilində tapılıb.

Rus saytlarının sözlərinə görə, İpatovun qızı polisə müraciət edib. O, atası ilə dörd həftə əlaqə saxlaya bilmədiyini deyib.

Onun mənzilinə gələn polis, aktyorun öldüyünü müəyyən edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə