Argentinada zəlzələ baş verib

Argentinada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Yeraltı təkanların episentri Salta əyalətində yerləşən San Antonio de los Kobres şəhərindən (əhalisi təxminən 4 min nəfər) 91 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 200 km dərinlikdə yerləşir.

Həlak olanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə