Bayaq da qeyd etdiyimiz kimi, yanvarın 16-da açılmış Davos Dünya İqtisadi Forumunun iştirakçıları arasında Rusiyanın bir nümayəndəsi də yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg forum iştirakçılarının siyahısına istinadən yazır. Ukraynadakı müharibə və Rusiyanın Qərbdə məruz qaldığı “məzlumluq”, rusiyalı oliqarxların forumda iştirakına mane olub.
Bundan əlavə, ölkədə tüğyan edən COVID-19 epidemiyası və bazarların çökməsi fonunda Çindən də heç bir iş adamı forumda iştirak etməyəcək. Amma forumda Çin Baş nazirinin müavini Liu He çıxış edəcək.
Yeri gəlmişkən, forumda 116 milyarderin iştirakı gözlənilir ki, bu da on il əvvəlkindən 40 faiz çoxdur.
Xüsusilə də Fars körfəzi ölkələrinin və Hindistanın nümayəndələrinin sayı artıb. Qeyd edək ki, ən çox milyarder ənənəvi olaraq ABŞ-dan gəlib. Avropa İttifaqı ölkələrini yalnız 18 milyarder, Britaniyanı isə yalnız polad nəhəngi Lakşmi Mittal və onun uşaqları təmsil edəcək.
Bir daha təkrar edək ki, ötən ilin mayında COVID-19 pandemiyasının başlanmasından bəri Davosda keçirilən ilk üz-üzə forumda Rusiya nümayəndələri iştirak etməyiblər. Onların yoxluğu Ukraynadakı müharibə ilə əlaqədar idi.
1990-cı illərdən başlayaraq Davos forumunda iştirak bir tərəfdən rus iş adamları üçün prestij əlaməti, digər tərəfdən isə siyasi əhəmiyyət kəsb edirdi. Məlumdur ki, xüsusilə Davosda 1996-cı il prezident seçkiləri öncəsi müzakirələr aparılıb. Məhz 2000-ci ilin yanvarında Davosda Rusiya nümayəndə heyətinə “Cənab Putin kimdir?” sualı verildi. Rusiyalı iş adamları pandemiya başlamazdan əvvəl forumda iştirak ediblər.
Davosda iqtisadiyyatla yanaşı, siyasi məsələlər də müzakirə olunacaq, bir sıra ölkələrin liderləri, o cümlədən Ukrayna müharibəsi və dezinformasiyaya qarşı mübarizə məsələləri də müzakirə ediləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB