Mövlud Çavuşoğlu ABŞ-ı Türkiyə və Yunanıstanla münasibətlərdə balansı qorumağa çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Türkiyə diplomatiyasının rəhbəri bu barədə yanvarın 16-da Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
Belə ki, Çavuşoğlu ABŞ-ın Yunanıstana silah, o cümlədən “F-35” təyyarələrinin tədarükü ilə bağlı məlumatlara da münasibət bildirib.
Eyni zamanda, nazir vurğulayıb ki, son illər Vaşinqton Afina ilə Ankara arasında “balans”a doğru kursdan əl çəkib. Bu da öz növbəsində Şərqi Aralıq dənizindəki vəziyyətə öz təsirini göstərir.
Bundan başqa, Çavuşoğlu Vaşinqtonun yunan Kiprinə silah embarqosunu rədd etməsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu da adadakı vəziyyətə xələl gətirir.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Rusiya ilə əməkdaşlığa görə Türkiyənin NATO-dan çıxarılmasını təklif etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB