Bolqarıstan NATO-ya üzv ölkələrdəki vasitəçilər vasitəsilə Ukraynaya “Su-25” təyyarələri satmayıb.
SİA xarici qaynaqlara istinadən bildirir ki, bunu Bolqarıstan Müdafiə Nazirliyi jurnalistlərin müvafiq sorğusuna cavab verərkən bəyan edib.
Belə ki, Müdafiə Nazirliyi “Bloomberg”in Bolqarıstanın vasitəçilərin xidmətindən istifadə etməklə Ukraynaya sovet istehsalı olan 14 hücum təyyarəsini satdığı barədə məlumatı təkzib edib.
Qeyd edək ki, bununla yanaşı, bu mesaj Bolqarıstan Xarici İşlər Nazirliyi tərəfindən də təkzib edilib.
Xatırladaq ki, Böyük Britaniya yaxın həftələrdə Ukraynaya 14 ədəd “Challenger 2” tankını göndərmək niyyətindədir.
Bu arada, Polşa prezidenti Anjey Duda da Kiyevə “Leopard” tanklarından ibarət bir kompaniya köçürməyə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB