Rusiya Dövlət Dumasının kiçik və orta sahibkarlıq komitəsi sədrinin birinci müavini Sergey Kazankov, şirkətlərin yeganə təsisçilərinə və direktorlarına səfərbərliyə görə möhlət verilməsini təklif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, belə bir təkliflə “Vedomosti”yə müsahibəsində çıxış edib.
Kazankovun fikrincə, səfərbərliyə qədər sahibkarlar vergi ödəsələr, şirkətlərində işçilər olsa, belə bir qərar daha düzgün olardı.
Deputat onu da təklif edib ki, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan bu kateqoriyadan olan vətəndaşlar da çoxuşaqlı atalarla eyni qaydada tərxis oluna bilər. Kazankova görə, belə sahibkarlar iqtisadiyyata böyük fayda verir və səfərbər olunanların ümumi sayının əhəmiyyətsiz hissəsini təşkil edir.
Yeri gəlmişkən bir müddət bundan əvvəl “Yeni İnsanlar” partiyasının rəhbəri Aleksey Neçayev ölkəni tərk etmiş informasiya texnologiyaları mütəxəssislərinin Rusiyaya qaytarılması üçün onlara hərbi xidmətdən möhlət verilməsi ideyasını dəstəkləmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB