Rusiya ötən il neft hasilatını və ixracını artırıb

Rusiya ötən il neft hasilatını və ixracını artırıb

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkəsinin ötən il neft hasilatını və ixracını artırdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Novak "2022-ci ildə neft və təbii qaz sektorundan büdcə gəlirləri 28 faiz artaraq 2,5 trilyon rubla çatıb"-deyə bildirib.

Aleksandr Novak paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Rusiya enerji sektorunun 2022-ci il üçün istehsal və ixrac rəqəmləri ilə bağlı açıqlama verib.

“Dost olmayan” ölkələrin sanksiyalarına baxmayaraq, Rusiya neft sektorunun 2022-ci ili səmərəli şəkildə tamamladığına diqqət çəkən Novak deyib:

“Ötən il 535 milyon ton neft hasil edilib ki, bu da 2021-ci illə müqayisədə 10 milyon ton və ya 2 faiz artım deməkdir”.

Neft ixracının keçən il 2021-ci il ilə müqayisədə 7 faiz artdığını bildirən Novak “2022-ci ildə neft və təbii qaz sektorundan büdcə gəlirləri 28 faiz artaraq 2,5 trilyon rubla (təxminən 37 milyard dollar) çatıb” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə