Rusiya əsas ticarət tərəfdaşını dəyişir

Rusiya əsas ticarət tərəfdaşını dəyişir

2022-ci ildə Rusiya ilə Çin arasında rekord ticarət dövriyyəsi qeydə alınıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2024-cü il üçün nəzərdə tutulan 200 milyard dollarlıq hədəfə çox az qalıb.

Rus saytlarının yazdığına görə, bu il mütləq vaxtından əvvəl başa çatdırılacaq. Və bu il daha bir sadə tarixi dəyişiklik baş verəcək. Əsas ticarət tərəfdaşı kimi isə Avropa İttifaqı keçmişdə qalacaq.

Çin ilk dəfə onun yerini tutacaq.

Bu arada Çin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə Rusiya və Çin rekord ticarət dövriyyəsi nümayiş etdiriblər ki, bu da üçdə bir artaraq 190,27 milyard dollara çatıb.

Qeyd etdiyimiz kimi, Rusiya və Çin ölkələrin 2024-cü il üçün qarşıya qoyduğu 200 milyardlıq hədəfdən bir qədər azdır. Bununla belə, heç bir şübhə yoxdur ki, bu vəzifə 2023-cü ildə və çox güman ki, hətta enerji resurslarının dəyərinin azalması ilə də başa çatacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə