ABŞ Ukrayna hərbçilərinin döyüş hazırlığına başlayıb

ABŞ Ukrayna hərbçilərinin döyüş hazırlığına başlayıb

Almaniyada ABŞ-ın proqramı çərçivəsində Ukrayna hərbçilərinin yeni genişləndirilmiş döyüş hazırlığına başlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.

“Associated Press”in məlumatına görə, bir neçə gün əvvəl Ukraynadan gələn 500-ə yaxın hərbçi Bavariyadakı Qrafenvöhr poliqonunda təlim keçir.

Millinin sözlərinə görə, Almaniyada onların istifadəsi üçün tam silah və avadanlıq dəsti var. Verilən məlumatlara görə təlimlər beş həftədən səkkiz həftəyə qədər davam edəcək.

Qeyd edək ki, general Mark Milli sınaq meydançasına da baş çəkmək niyyətindədir. O qeyd edib ki, təlimin keçirilməsində məqsəd Kiyevə lazımi silahların verilməsi və Ukrayna hərbçilərinə ondan istifadə qaydalarının öyrədilməsidir. Millinin sözlərinə görə, Ukrayna hərbçiləri hücum və ya hücumları dəf etmək bacarıqlarını inkişaf etdirəcək, həmçinin birləşmiş artilleriya, zirehli və quru qoşunlarından istifadə etməklə öz bölmələrinin hərəkətini və əlaqələndirilməsini öyrənəcəklər.

Yeri gəlmişkən onu da qeyd edək ki, daha 100-ə yaxın ukraynalı hərbçi “Patriot” hava hücumundan müdafiə sisteminin istismarı üzrə təlim keçmək üçün ABŞ-a göndərilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə