Rusiyalı turist Tailandda iki mağazanı dağıdıb

Rusiyalı turist Tailandda iki mağazanı dağıdıb

Tailandın Pattaya şəhərində “Walking Street”də bir gündə iki mağazanı dağıdan turist saxlanılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, söhbət rusiyalı turistdən gedir.

Tailand nəşrlərinin məlumatına görə, 35-40 yaşlı kişi mağazaların birinə daxil olaraq müştəriləri təhqir etməyə, pəncərəni sındırmağa və məhsulları səpələməyə başlayıb.

Turistin özünə bir neçə xəsarət yetirdiyi də bildirilir. Verilən məlumata görə, 53 yaşlı yerli supermarket işçisi də yaralanıb.

Daha sonra həmin şəxs başqa mağazaya gedib və orada da əvvəlki əməllərini təkrarlayıb.

Çağırılan polis əməkdaşları avtoxuliqanı yaxalayıblar.

Özünə xəsarət yetirən rusiyalı turist təcili yardım maşınında xəstəxanaya çatdırılıb.

Polis turistin xəstəxanadan çıxdıqdan sonra hansı ittihamlarla üzləşəcəyini açıqlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə