Sloveniya Kosovo ilə Serbiya arasında dialoqu dəstəkləyir

Sloveniyanın xarici işlər naziri Tanya Fajon Kosovonun paytaxtı Priştinada həmkarı Donika Gervalla-Şvarz ilə görüşüb.
Sloveniya Kosovo ilə Serbiya arasında dialoqu dəstəkləyir

"Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar mümkün qədər tez başlamalıdır".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fajon Kosovonun paytaxtı Priştinada həmkarı Donika Gervalla-Şvarz ilə görüşündan sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

T.Fajon Sloveniyanın Kosovo ilə Serbiya arasında dialoq prosesini dəstəklədiyini bildirib:

"Kosovo münasibətlərin normallaşması üçün aktiv səylər göstərməlidir. Kosovo və Serbiya Aİ-nin münasibətlərin tam normallaşması təklifini masada müzakirə etməli və Kosovonun şimalında gərginliyin artmaması üçün danışıqlara başlamalıdır".

Fajon həmçinin bildirib ki, Sloveniya enerji resursları, su və tullantıların idarə olunması kimi bir çox sahədə Kosovo ilə əməkdaşlıq etməlidir.

Kosovonun xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars isə bəyan edib ki, Sloveniya Balkan ölkələrinin Avropa İttifaqına daxil olmasının aparıcı tərəfdarlarından biridir.

Gervalla-Şvars "Regionumuz təhlükəli mərhələdədir, biz bu yeni reallıqla üzləşməliyik, çünki reaksiya verməsək, vəziyyətimiz daha da ciddiləşə bilər" deyib.

Serbiyanın "Rusiyanın ən yaxın müttəfiqi və bölgədəki nümayəndəsi" olaraq Balkanları müharibə ilə təhdid etdiyinə diqqət çəkən Gervalla-Şvarz bu təhdidlərin işə yaramaması üçün ölkələrin birgə cavab verməsinin vacibliyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə