Çin kosmosa 14 peyk göndərdi

Çinin fəzaya daha 14 peyk yollayıb.

SİA-nın Türkiyənin TRT kanalına istinadən xəbər verir ki, peyklər Saanşi əyalətindəki Tayyuan Peyk Mərkəzindən kosmosa buraxılıb.

Peykləri “Long March 2D” raketi daşıyıb. Buraxıldıqdan sonra peyklərin hamısı planlaşdırılan koordinatlara çatıb.

Bu, “Long March 2D” raketlərinin 462-ci uğurlu peyk buraxılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə