Müdafiə nazirinin istefası qəbul edilib

Müdafiə nazirinin istefası qəbul edilib

Almaniya kansleri Olaf Şolz Almaniyanın müdafiə naziri Kristin Lambrextin bu gün verdiyi rəsmi istefa ərizəsini təmin edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə yanvarın 16-da nazirin bəyanatına istinadən “Welt” nəşri məlumat yayıb.

Almaniyanın müdafiə naziri Kristin Lambrext kansler Olaf Şolzdan onu tutduğu vəzifədən azad etməyi xahiş edib. Lambrext istefasının səbəbini mətbuatda onun şəxsiyyətinin tez-tez müzakirəsi adlandırıb və bu da öz növbəsində Bundesverin ehtiyacları ilə bağlı müzakirələrdə öz əksini tapıb.

Almaniya kansleri Olaf Şolzun Almaniyanın müdafiə naziri Kristina Lambrextin tələbini təmin etdiyi və istefasını qəbul etdiyi də vurğulanır.

Bu arada Almaniya Nazirlər Kabinetinin spikeri Kristian Hoffmann hökumətin saytında “Kansler istefasını qəbul edib və vaxtında yeni namizəd təqdim edəcək”-deyə bildirib.

Qeyd edək ki, Kristin Lambrext işdən çıxarılma ilə bağlı sənəd rəsmi təqdim olunana qədər müdafiə naziri vəzifəsini icra edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə