162 nəfər azərbaycanlıya Ukrayna vətəndaşlığı verib

162 nəfər azərbaycanlıya Ukrayna vətəndaşlığı verib

2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

SİA-nın məlumatına görə, Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb.

Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə