İtaliya polisinin yaydığı məlumata görəməşhur mafiya liderlərindən 60 yaşlı Matteo Messina Denaro saxlanılıb. O, 1993-cü ildə axtarışa verilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, uzun müddət axtarışda olanların siyahısında ən təhlükəli şəxslərdən biri hesab olunan Denaro hüquq-mühafizə orqanlarından 30 il müddətində yayınmağı bacarıb.
Qeyd edək mafiya lideri Denaro qiyabi olaraq 3 ayrı işdə, o cümlədən onu araşdıran 2 prokurorun qətlində ömürlük həbs cəzası alıb.
Hazırda onunla bağlı hüquqi prosedurlar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB