Oleksey Reznikov və NATO baş katibi arasında görüş keçiriləcək

Oleksey Reznikov və NATO baş katibi arasında görüş keçiriləcək

Ukraynanın müdafiə naziri Oleksey Reznikov və NATO baş katibi Yens Stoltenberq arasında görüş keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş NATO-nun Ramştayn bazasında olacaq.

Belə ki, burada Ukraynanın hərbi baxımdan müdafiəsinin təşkili ilə bağlı toplantı keçirilməsi nəzərdə tutulub.

Toplantı çərçivəsində baş tutacaq görüşdə hərbi və təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə