Qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutusu tapılıb

Qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutusu tapılıb

Nepalda qəzaya uğrayan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa-İtaliya konserninin istehsalı olan ATR 72 turbovintli orta məsafəli təyyarə yanvarın 15-də Pokhara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb.

Katmandu-Pokhara marşrutu ilə hərəkət edən təyyarədəki 68 sərnişin və 4 ekipaj üzvünün hamısı ölüb. Onların arasında 53 Nepal vətəndaşı və 15 əcnəbi, o cümlədən 4 rusiyalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə