Rusiya Krım səmasında Ukraynaya məxsus dronu sıradan çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sevastopolun "qubernatoru" Mixail Razvojaev (Rusiya Krımı 2014-cü ildə ilhaq etdikdən sonra ərazidə yerli icra orqanlarının rəhbərlərini Moskva təyin edir) məlumat verib.
O bildirib ki, Belbek aerodromu istiqamətindən gələn PUA dənizin üzərində vurulub.
Qeyd olunub ki, bu, sutka ərzində Krımda vurulan ikinci Ukrayna dronudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB