KTMT-nin 3 təlimi bu ölkədə keçiriləcək

KTMT-nin 3 təlimi bu ölkədə keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dörd hərbi təlimindən üçü Belarus ərazisində keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Pavel Muraveyko deyib.

O bildirib ki, sentyabrda Belarusda KTMT hərbi qüvvələrinin qarşılıqlı fəaliyyətinə dair təlimlər təşkil olunacaq. Eyni zamanda kəşfiyyat və arxa cəbhə təlimlərinin də baş tutacağı gözlənilir.

Qeyd edək ki, bu il KTMT-yə Belarus sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə