Bazar günü Nepalda qəzaya uğrayan təyyarənin sərnişini qəzadan əvvəl uçuşun son saniyələrini telefonla lentə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu kadrları Hindistanın NDTV telekanalı yayıb.
Video təyyarədə oturacaqlarında sakit oturan sərnişinlərin görüntüləri ilə başlayır. Layner yerə enməzdən əvvəl bir dairə etdikdə pəncərələrdən torpaq və şəhər binaları görünür. Birdən partlayış baş verir. Videonun son saniyələrində güclü yanğın görünür, insanların qışqırtıları eşidilir.
Videosu yayımlanan mobil telefon qəzaya uğrayan təyyarənin qalıqları arasından çıxarılıb. O, həmin reysdə olan beş Hindistan vətəndaşından birinə məxsus idi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB