Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, hamı Rusiyaya “hücum” etsə də, Türkiyə Rusiya lideri Vladimir Putinlə münasibətləri qoruyub saxladığını deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.
Onun sözlərinə görə, Ankara Moskvaya qarşı siyasət aparmayıb. “Əksinə, biz cənab Putinlə əvvəlki kimi münasibətlərimizi davam etdirdik”, - deyə Ərdoğan bildirib.
O, Rusiya prezidentinin ehtiyacı olan ölkələrə pulsuz ərzaq göndərilməsi təklifini də xatırladıb.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan dünya liderlərinin Putinə qarşı yanlış münasibətindən danışmışdı.
Türkiyə prezidentinin sözlərinə görə, Rusiya prezidenti “ona təzyiq ediləndə geri addım atacaq” siyasətçi deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB