Hulusi Akar Londona səfər edib

Türkiyə milli müdafiə naziri Hulusi Akar Birləşmiş Krallığa səfərə yola düşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər Birləşmiş Krallığın müdafiə naziri Ben Uollesin dəvəti əsasında baş tutub.

Səfər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə