Cənubi Osetiyada Tsxinval küçələrinin birində naməlum şəxs partlayıcı qurğunu işə salıb. SİA-nın respublikanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, üç avtomobilə və yaşayış binasının şüşələrinə ziyan dəyib.
Naməlum vətəndaş Qubaev Qardaşları küçəsində yerləşən yaşayış binasının həyətində partlayıcı qurğu işə salıblar. Partlayış nəticəsində qəlpələr evin yaxınlığında dayanmış 3 avtomobilə ziyan vurub, iki mənzilin də şüşələri sındırılıb. İstintaqı Tsxinvali Daxili İşlər İdarəsi aparır.
Respublikanın istintaq orqanlarının məlumatına görə, partlayış yerində qumbaraatan çek tapılıb.
Faktla bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB